Modern.az

Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək

Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək

Aktual

3 Yanvar 2021, 15:42

Ermənistan 2250 türk malının İran malları ilə dəyişdirildiyini bəyan edib.

 

Modern.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ticarətin Təşviqi Təşkilatının adı açıqlanmayan nümayəndəsi deyib.

 

"Türk sanksiyaları ilə əlaqədar olaraq, Ermənistan Türkiyədən gətirilən 2250 malı İran malları ilə əvəzləmək niyyətindədir" deyən İran rəsmisi bunun iranlı istehsalçılar üçün yaxşı bir fürsət olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!