Modern.az

“Çelsi” öz meydanında “Mançester Siti”yə uduzdu

“Çelsi” öz meydanında “Mançester Siti”yə uduzdu

Aktual

3 Yanvar 2021, 23:00

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, “Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində İlkay Gündoğan, Fil Foden və Kevin de Brüyne, London təmsilçisində isə Kallum Hadson-Odoi fərqləniblər.

 

Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...