Modern.az

“Atletiko” lider oldu

“Atletiko” lider oldu

Aktual

3 Yanvar 2021, 23:15

İspaniya La Liqasının 17-ci turunda "Atletiko Madrid" səfərdə "Alaves"in qonağı olub.

 

Modern.az xəbər verir ki, matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Markus Lyorente (41-ci dəqiqə) və Luis Suares (90) vurublar. Matçın 84-cü dəqiqəsində "Atletiko" nun müdafiəçisi Felipe topu öz qapısına göndərib.

 

Aktivinə 3 xal yazdıran "Atletiko" ümumi xalını 38-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Alaves" isə 18 xalla 14-cü pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi