Modern.az

Göygöldə yol qəzası - 4 nəfər xəsarət aldı

Göygöldə yol qəzası - 4 nəfər xəsarət aldı

Aktual

3 Yanvar 2021, 23:44

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, avtoqəza zamanı "KamAZ" markalı yük maşını ilə minik maşını toqquşub.

 

Nəticədə minik maşınında olan bir ailənin dörd üzvü - 1985-ci il təvəllüdlü Tağıyev Cavid Rəfail oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsədli Leyla Fazil qızı və azyaşlı övladları, 2014-cü il təvəllüdlü Tağızadə Fatimə Cavid qızı və 2016-cı il təvəllüdlü Tağızadə Zeynəb Cavid qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. C.Tağıyevlə L.Əsədlinin vəziyyətinin ağır olduğu bildirilir. Azyaşlıların vəziyyəti isə normaldır.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...