Modern.az

Paşinyan Arutyunyanla Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTO

Paşinyan Arutyunyanla Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTO

Aktual

3 Yanvar 2021, 23:59

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, toplantıda ölkədəki vəziyyət müzakirə edilib.

 

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Dağlıq Qarabağdakı terrorçuların lideri Arayik Arutyunyan da iştirak edib.

 

İclas iştirakçıları Ermənistan Respublikası və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

 

Turan ASLAN

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV