Modern.az

ABŞ-da atışma - ölən və yaralananlar var

ABŞ-da atışma - ölən və yaralananlar var

Aktual

4 Yanvar 2021, 00:40

ABŞ-da baş vermiş atışmada bir nəfər həlak olub.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Texas ştatının Uaynon şəhərində baş verib. Atışma zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.

 

Hadisə nəticəsində həlak olan şəxs keşişdir. Onun yerli kilsələrdən birində gizlənən şəxs tərəfindən öldürüldüyü bildirilir. Məlumata görə, kişi keşişdən aldığı odlu silahdan onun özünə atəş açıb. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

 

Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Texasın qubernatoru Qreq Ebott həlak olmuş şəxsin ailəsinə başsağlığı verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!