Modern.az

"Bahar" yatağında qaz hasilatı azalıb

Aktual

4 Yanvar 2021, 14:01

2020-ci ilin noyabrında "Bahar" yatağında qaz hasilatı gündə orta hesabla 22,2 milyon kub fut olub ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə gündə təxminən 0,5 milyon kub fut azdır.

 

Modern.az bu barədə ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, azalma B167 və B169 quyularındakı təbii azalma ilə əlaqədardır.

Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə "Bahar" yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi.

Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV