Modern.az

SSRİ Xalq artisti xəstəxanaya yerləşdirildi

SSRİ Xalq artisti xəstəxanaya yerləşdirildi

Aktual

4 Yanvar 2021, 15:31

Məşhur rusiyalı aktyor, SSRİ Xalq artisti Oleq Basilaşvili Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, 86 yaşlı aktyor koronavirusa yoluxub.

Eyni zamanda, onun həyat yoldaşı və qızının virusa yolxuduğu deyilir. Aktyorun sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, dekabrın sonunda rusiyalı aktrisa Alisa Freyndlix koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyətinin stabil ağır qaldığı barədə məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi