Modern.az

İmişlidə ağır yol qəzası - ölən və yaralananlar var

İmişlidə ağır yol qəzası - ölən və yaralananlar var

Aktual

6 Yanvar 2021, 00:52

İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində sürücü ölüb, 2 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə İmişli rayonunun Bəcrəvan-Cavadxan yolunda qeydə alınıb.

 

İmişli sakini, 1982-ci il təvəllüdlü Mirzəyev Elməddin Ərəstun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, sərnişinlər - Qaravəlli kənd sakini, 2002-ci il təvəllüdlü Şükürov Bayandır Dünyamalı oğlu və Mirili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Nüsrət Adış oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV