Modern.az

Əzəli rəqiblər eyni komandada oynaya bilər

Əzəli rəqiblər eyni komandada oynaya bilər

Aktual

6 Yanvar 2021, 01:11

"Barselona" və "Real Madrid"in kapitanları Lionel Messi ilə Serxio Ramos eyni komandada oynaya bilər.

  

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın ən çox izlənilən futbol proqramlarından biri olan "El Chiringuito" məlumat yayıb.

 

Xəbərə görə, Lionel Messi və Serxio Ramos mövsüm sonunda birlikdə Fransanın PSJ klubuna transfer olacaq.

 

Bildirilir ki, Serxio Ramos "Real Madrid"in prezidenti Florentino Perezin "Real"la yeni müqavilə təklifini rədd edib və prezidentə "PSJ komandanı Messi və mənim üzərində qurmaq istəyir" deyib.

 

"Real Madrid"lə müqaviləsi eynən Messi kimi iyun ayında sona çatacaq və yeni müqavilə imzalamayan ispaniyalı futbolçu, mövsüm sonunda pulsuz olaraq transfer edilə bilər. Beləliklə, illərdir "Real Madrid" və "Barselona"da rəqib olan iki oyunçu eyni komandada qarşılaşa bilər.

 

Məlumata görə, PSJ-yə yeni baş məşqçi gətirilən argentinalı Maurisio Poçettino Lionel Messi, Serxio Ramos, Neymar və Kylian Mbappe kimi ulduzları komandasında görmək istəyir.

 

Qeyd edək ki, Lionel Messi və Serxio Ramosla PSJ ilə yanaşı "Mançester Siti"nin də maraqlandığı dilə gətirilib, lakin son məlumatlara görə, Fransa komandası iki ulduz futbolçu üçün bir addım öndədir.

 

Xatırladaq ki, Lionel Messi də son müsahibələrinin birində "Barselona"dan ayrılmaq istədiyinə işarə edib. 

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV