Modern.az

Bu şəhər MDB-nin mədəniyyət paytaxtı elan olundu

Bu şəhər MDB-nin mədəniyyət paytaxtı elan olundu

Aktual

6 Yanvar 2021, 09:17

Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.

 

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV