Modern.az

“Barselona” Messinin dublu ilə qalib gəldi

“Barselona” Messinin dublu ilə qalib gəldi

Aktual

7 Yanvar 2021, 03:30

Futbol üzrə İspaniya La Liqasında ikinci turdan təxirə salınmış "Atletik" - "Barselona" matçı keçirilib.

 

Modern.az xəbər verir ki, Bilbaodakı "San Mames" stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.

 

Kataloniya təmsilçisindən qolları 14-cü dəqiqədə Pedri, 38-ci və 62-ci dəqiqələrdə Lionel Messi vurub. Meydan sahiblərindən isə 3-cü dəqiqədə İnyaki Uilyams və 90-cı dəqiqədə İker Muniain fərqlənib.

 

Bu nəticədən sonra xalını 31-ə çatdıran "Barselona" 17 oyundan 31 xalla 3-cü pilləyə yüksəlib. "Atletik" isə 21 xalla 9-cudur.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi