Modern.az

Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni direktoru təyin olundu

Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni direktoru təyin olundu

Aktual

7 Yanvar 2021, 09:38

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru vəzifəsinə xanım Kandis MakDiqan (Candice McDeigan) təyin olunub.

 

AİB-dən Modern.az-a verilən məlumata görə, bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib, bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K. MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl (2016-2020-ci illərdə) AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və noyabr ayında bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə başlayıb.

 

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV