Modern.az

Benzin və dizelin bahalaşması maşın bazarına təsir edəcək?..

Benzin və dizelin bahalaşması maşın bazarına təsir edəcək?..

Aktual

7 Yanvar 2021, 10:02

Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin 1 litri 1 manata, dizel yanacağınınkı isə 80 qəpiyə qaldırlıb.

Bəziləri düşünür ki, bahalaşma maşın bazarına təsiri edəcək?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Modern.az-a deyib ki, belə təsirlər qısamüddətli olur:

“Yanacağın pərakəndə satış qiymətinin artması təbii ki, maşın bazarına təsirsiz ötməyəcək. Lakin belə təsirlər qısamüddətli olur. Bu təsir 2-3 ay ərzində davam edir və tədricən insanlar bahalaşmaya alışır, yenidən bazara qayıdırlar. Mən düşünürəm ki, bahalaşmanın maşın bazarına o qədərdə əhəmiyyətli təsiri olmayacaq.
Qeyd etmək istəyirəm ki, bu təsirin qısamüddətli olması əvvəlki illərdən də müşahidə etmək olar”.

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi