Modern.az

Daha bir ölkədə komendant saatı tətbiq olunacaq

Daha bir ölkədə komendant saatı tətbiq olunacaq

Aktual

7 Yanvar 2021, 21:40

Argentinanın Baş naziri Santiaqo Kafiero bəyan edib ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün ölkədə komendant saatı tətbiq ediləcək.

 

Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Baş nazir bütün qubernatorlarla gecə hərəkətinin qadağan edilməsi zərurəti barədə razılıq əldə edildiyini bildirib. Onun sözlərinə görə, tətbiq ediləcək digər qadağaların dəqiq siyahısı müəyyən edildikdən sonra ictimaiyyət üçün açıqlanacaq.

 

Qeyd edək ki, ölkədə koronavirusa yoluxan 1,6 milyon nəfərin 43 785-i vəfat edib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi