Modern.az

Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO

Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO

Aktual

7 Yanvar 2021, 22:22

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova daha bir neçə şəhid ailəsi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, budəfəki görüş Masallı rayonu, Böyük Xocavar kənd sakini, Vətən Müharibəsinin şəhidi Məhəmməd Əliyevin atası İlham Əliyev,  Tovuz rayon, Hacallı kənd sakini, şəhid Əli Qasımovun atası İbrahim Qasımov və Masallı rayonu, Binə Xocavar kənd sakini, şəhid Elməddin Nəzərovun atası İsmayıl Nəzərovla keçirilib.

 

Komitə sədri şəhid atalarını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb. Q.Paşayeva bildirib ki, onların oğulları və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub:

 

“Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz”. 

 

Sonda şəhid atalarına MM-in Mədəniyyət komitəsi və RHİMİB adından məktublar təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV