Modern.az

Avropa Parlamentinin vitse-prezidenti Ermənistan parlamentindəki terrordan YAZDI

Avropa Parlamentinin vitse-prezidenti Ermənistan parlamentindəki terrordan YAZDI

Aktual

8 Yanvar 2021, 01:17

Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautala ABŞ Prezidenti Donald Trampın dünən Vaşinqtonda tərəfdarları qarşısında çıxışı zamanı ölkəsindəki son prezident seçkilərinin Ermənistanda keçirilən seçkilərlə müqayisə etməsinə reaksiya verib.

 

Modern.az-ın məlumatına görə, xanım vitse-prezident özünün tvitter hesabında yazıb:

 

"Bu gün Tramp seçkilərin oğurlana biləcəyi ölkələrdən danışarkən Ermənistana müraciət etdi. Məsəl dəhşətə gətirir, çünki 1999-cu ildə Ermənistanda terrorçular parlamentə hücum etdilər, baş naziri, parlament sədrini və 3 nəfəri öldürdülər, 150 nəfəri girov götürdülər".

 

Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı terrorçu Ermənistan parlamentinin iclas zalında baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan, vitse-spiker Yuri Baxşyan, vitse-spiker Ruben Miroyan, təhsil naziri Leonard Petrosyan və deputatlar Henrik Abrahamyan, Armenak Armenakyan və Mixail Kotanyanı qətlə yetiriblər.

Daha 30 nəfər isə yaralanıb.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV