Modern.az

“Əl-Qaidə” liderlərindən biri həbs olundu

“Əl-Qaidə” liderlərindən biri həbs olundu

Aktual

8 Yanvar 2021, 00:59

Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları uzun müddət axtarışda olan terrorçunu həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir.

 

Qeyd olunub ki, tutulan şəxs “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən biri olub, bölgədəki döyüş əməliyyatlarında iştirak edib. Eyni zamanda terrorçu “Əl-Qaidə”nin Tunisdəki qolu olan və Əlcəzairin sərhədinə yaxın bölgədə yerləşən “Katibat Uqba ibn Nafi” terror qruplaşmasının üzvləri ilə sıx əlaqə saxlayıb.

 

O, terrorçuları xaricdən maliyyə, silah və sursatla təmin edirmiş. Xüsusi əməliyyat nəticəsində döyüş sursatı olan avtomat da ələ keçirilib. Ona maddi-texniki dəstək verən digər terrorçular da tutulub.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV