Modern.az

Onlarla yəhudi Qarabağ uğrunda döyüşlərə qatılıb - İsrail saytı

Onlarla yəhudi Qarabağ uğrunda döyüşlərə qatılıb - İsrail saytı

Aktual

8 Yanvar 2021, 02:55

Azərbaycanın yəhudi icmasının onlarla nümayəndəsi Dağlıq Qarabağ ərazisindəki döyüşlərdə iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "cursorinfo.co.il" saytında bildirilib.

 

Xəbərdə qeyd olunub ki, 26 yaşlı David Sadiev könüllü olaraq keçən ilin sentyabrında cəbhəyə yollanıb. Onun hərbi geyimdə və İsrail bayrağını əlində saxladığı foto dərhal sosial şəbəkələrdə yayılıb.

 

Eyni zamanda, Azərbaycanın yəhudi icması Dağlıq Qarabağ uğrunda döyüşməyə gedən yəhudilərin əksəriyyətinin hələ də cəbhədə qaldığını bildirib.

 

David Sadievin oxuduğu Bakıdakı məktəb direktoru, ravvin Zamir İsayevin sözlərinə görə, Azərbaycan hərbçiləri ən müasir silahlardan istifadə ediblər, bununla belə, hərbi personalın yüksək döyüş ruhunu təmin edən və onların Dağlıq Qarabağ ərazisindəki silahlı qarşıdurmada qalib gəlməsinə imkan verən dövlətin çoxmədəniyyətli və çoxmillətli siyasəti idi. 

Z.İsayev deyib ki, 100-dən çox millətin yaşadığı bir ölkədə ortaq ev məsələsi əsas məsələdir.

 

Bakıdakı 46 saylı yəhudi məktəbinin məzunlarından ən azı beş nəfər Qarabağda döyüşlərdə iştirak edib.

 

“Buradakı yəhudilər cəmiyyətin bir hissəsi olduqlarını hiss edirlər, Azərbaycana dəstək verməyi özlərinə borc hesab edirlər. Biz antisemitizm hiss etmirik, məzunlarım deyir ki, həmkarları onları yəhudi olduqları üçün hərarətlə qəbul edirlər. Yəhudilərin verdiyi töhfə yüksək qiymətləndirilir, dağ yəhudisi Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı ordenini alan ilk döyüşçülərdən biri olması əbəs yerə deyil”, - Zamir İsayev deyib.

 

Albert Aqarunov, Dağlıq Qarabağ ərazisindəki ilk müharibənin ən məşhur qəhrəmanlarından biridir. Peşəkar bir tankçı olaraq, könüllü olaraq döyüşə gedib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə həlak olub.

 

Война в Нагорном Карабахе фото

 

 

“Bir yəhudi olaraq müharibəyə qatılmaq və vətənim Azərbaycanı qorumağı özümə borc bilirəm. Mən bu gözəl ölkədə anadan olmuşam. Azərbaycan mənim vətənimdir, atalarımın vətənidir. Bura mənim torpağım, dağ yəhudimin torpağı, Azərbaycan xalqımdır. Mən bu gözəl ölkənin vətəndaşıyam. Azərbaycan üçün mübarizə aparmaq, onu müdafiə etmək, vətənimin ərazi bütövlüyünün bərpası üçün mübarizə aparmaq mənim borcum idi və belədir. Valideynlərim mənə belə öyrətdi, məktəbdə müəllimlərim belə öyrətdi. Albert Aqarunov işinin davamçısı mənəm" - bunu isə İkinci Qarabağ müharibəsinin iştirakçısı David Sadiev deyib.

 

//cursorinfo.co.il/zahav/na-storone-azerbajdzhana-v-boyah-za-nagornyj-karabah-prinimali-uchastie-desyatki-evreev/

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV