Vitse-prezidenti Mayk Pens Prezident Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin tərəfdarı deyil.
Modern.az “The New York Times”a istinadən xəbər verir ki, mənbələrin nəşrə bildirdiyinə görə, Pens, vitse-prezidentin Trampın əvəzinə dövlət başçısı vəzifəsini yerinə yetirməyi tələb edən konqresmenlərlə razılaşmır. Qəzetin yazdığına görə, bir sıra kabinet üzvləri də bunu uyğun hesab etmirlər.
Respublikaçılardan biri “Business Insider” nəşrinə M. Pensin dövlət başçısının səlahiyyətlərini icra etmək ehtimalına münasibət bildirərək “Bu olmayacaq” deyib.