Modern.az

Levandovski yenə birinci oldu

Levandovski yenə birinci oldu

Aktual

8 Yanvar 2021, 20:19

Almaniyanın "Get German Football News" nəşri ölkədə 2020-ci ilin ən yaxşı 100 futbolçusunun reytinq cədvəlini açıqlayıb.

 

Modern.az xəbər verir ki, siyahıya "Bavariya"nın hücumçusu Robert Levandovski başçılıq edir.

 

İlk "onluq"da polşalı forvardla yanaşı, Münhen təmsilçisinin daha 7 üzvü yer alıb. Bunlar qapıçı Manuel Noyer, müdafiəçilər Yozua Kimmix, David Alaba, yarımmüdafiəçilər Serj Qnabri, Alfonso Deyvis, Leon Qoretska və digər hücumçu Tomas Müllerdir.

 

Qeyd edək ki, Robert Levandovski daha əvvəl FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV