Modern.az

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

Aktual

8 Yanvar 2021, 20:45

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik maşını yol keçmək istəyən orta yaşlı kişini vurub. 

 

Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. 

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi