Modern.az

Britaniyada rekord sayda yoluxma və ölüm

Britaniyada rekord sayda yoluxma və ölüm

Aktual

8 Yanvar 2021, 22:28

Böyük Britaniyada son 24 saat ərzində koronavirus (COVİD-19) virusuna yoluxanlar arasında ölənlərin sayı 1325 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu gün ölkədə 68 054 infeksiyaya yoluxma halı qeydə alınıb ki, bu da rekord saydır.

 

İngiltərədə ardıcıl üç gündür mindən çox insan ölür. Dünən ölənlərin sayı 1162-yə çatıb ki, bu da əvvəlki anti-rekordun təyin olunduğu 21 apreldən bəri ən yüksək gündəlik artımdır - 1224 hal.

 

 

Bununla da, Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı 2 957 472 nəfərə, ölənlərin sayı isə 79 833-ə yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV