Modern.az

Ucarda iki ev yandı - FOTO

Ucarda iki ev yandı - FOTO

Aktual

8 Yanvar 2021, 23:17

Ucarda eyni vaxtda 2 fərdi yaşayış evi yanıb. 

 

Modern.az xəbər verir ki, gecə saatlarında rayonunun Vidadi küçəsində 1958-ci il təvəllüdlü Teyubə İbrahim qızı Əhmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 300 kvadrat olan evdə güclü yanğın baş verib. 

 

Hadisə yerinə FHN-in Ucar və Göyçay Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 120 kvadrat metri  yanıb. 

 

İkinci yanğın hadisəsi 28 may küçəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Maqnet Mövsüm oğlu Quliyevə məxsus 1 mərtəbəli, ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.   

Fakt araşdırılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi