Modern.az

Rusiyada qar uçqunu

Rusiyada qar uçqunu

Aktual

8 Yanvar 2021, 23:27

Rusiyanın Norilsk şəhərində dağ-xizək kompleksinin ərazisində qar uçqunu baş verib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nəticədə içərisində insanların olduğu beş ev qarın altında qalıb.

 

Hazırda qar altında qalanların sayı dəqiqləşdirilir və xilas edilmələri istiqamətində işlər aparılır. Hadisə yerinə Rusiya FHN-nin Sibir regionu üzrə bölmələri, 50 nəfər heyət və 3 texniki vasitə yollanıb.

 

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi