Modern.az

Paytaxtda 16 yaşlı oğlan bıçaqlandı

Paytaxtda 16 yaşlı oğlan bıçaqlandı

Aktual

9 Yanvar 2021, 00:32

Bakının Nəsimi rayonu ərazisində 16 yaşlı oğlan bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

 

2004-cü il təvəllüdlü Məstənzadə İlkin Sabit oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!