Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun atlından 4 nəfər sağ tapılıb.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, onlar bir ailənin üzvləridir.

 

"Qar uçqunu altından daha 2 nəfər özü çıxıb, axtarış işləri davam etdirilir", - məlumatda bildirilir.

 

Qeyd edək ki, fəlakət nəticəsində beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsi və 3 texnikası cəlb edilib.