Modern.az

“Koronavirusun “Britaniya ştammı” daha sürətlə yayılır” - ÜST

“Koronavirusun “Britaniya ştammı” daha sürətlə yayılır” - ÜST

Aktual

9 Yanvar 2021, 00:59

"Koronavirusun "Britaniya ştammı" infeksiyanın adi variantından daha sürətlə yayılır".

 

Modern.az TASS -a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya Van Kerkxove bildirib.

 

"Son məlumatlar göstərir ki, (xəstəliyin-red) adi variantı Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Və biz burda 1,1-dən 1,5-ə qədər artan reproduktiv saya əsaslanırıq", - xəbərdə deyilir.

 

Ekspert vurğulayıb ki, virusun əvvəlki və yeni formasının yayılması arasında heç bir fərq yoxdur.

 

"Bizim bu varianta (Britaniya ştammı-red) qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur", - o qeyd edib.

 

ÜST rəsmisi əlavə edib ki, koronavirusun yeni ştammı yüksək ölüm sayına malik deyil.

 

Qeyd edək ki, ötən il dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Onun sözlərinə görə, koronavirusun yeni ştamı əvvəlkindən daha sürətlə yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.

Bu səbəbdən də "Britaniya" ştammı daha təhlükəli hesab edilir. Artıq dünyanın onlarla ölkəsində koronavirusun bu növünə yoluxma aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV