Rusiyada koronavirusa yoluxanların sayı 3,37 milyonu keçib.
Modern.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 23 309 nəfər virusa yoluxub, 470 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 379 103 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 61 381 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 754 809 şəxs virusdan sağalıb, 562 913 nəfərin müalicəsi isə davam edir.