Modern.az

Deputat: “İcra Hakimiyyətlərində həmin şöbələrin yaradılması müsbət haldır”

Deputat: “İcra Hakimiyyətlərində həmin şöbələrin yaradılması müsbət haldır”

Aktual

9 Yanvar 2021, 12:36

“Yanvarın 6-da cənab Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi. Maraqlı məqam isə dövlətimizin başçısı tərəfindən ötən ilin dəyərləndirilməsi oldu. İlham Əliyev ötən ili belə dəyərləndirdi: “Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov ölkə başçısının 2020-ci ilin yekunlarına dair keçirdiyi video-konfransdakı fikirlərini şərh edərkən deyib.

 

Məşhur Məmmədovun sözlərinə görə, ölkə başçısının 2020-ci ilin yekunları zamanı bildirdiyi kimi, bu günə kimi 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən ev və mənzillərlə təmin olunub: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin aidiyyəti üzrə istifadə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ümumilikdə, ölkə başçısının 2020-ci ilin yekunlarına həsr edilmiş konfransında da bildirdiyi kimi, bu vaxta qədər 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Bundan əlavə 1500 şəhid ailəsi üçün də qısa müddətdə evlərin verilməsi nəzərdə tutulub. Bununla da, dövlət həm məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təmin edəcək, həm də şəhid ailələrinin mənzil problemi birdəfəlik həll olunacaq”.

 

Deputat bir məsələni də şərh edib: “Yerli İcra Hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək yeni şöbənin yaradılması çox təqdirəlayiq haldır. Hamımız bilirik ki, zaman-zaman bu kimi problemlər olub. Ancaq İcra Hakimiyyətlərində belə bir şöbənin yaradılması problemlərin qısa zaman kəsiyində aradan qaldırılmasını təmin edəcək. Yaxşı olardı ki, İcra Hakimiyyətlərində qazilərimiz işlə də təmin olunsun. Çünki 44 günlük Vətən müharibəsində savadlı və ali təhsilli insanlarımız iştirak edib. Bu gün həmin qazilərin İcra Hakimiyyətlərində işlə təmin edilməsi məqsədəmüvafiq olardı. Biz Vətən müharibəsində qazandığımız şanlı qələbəmizi torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların bizə əmanət qoyduğu ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunmaqdadır”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV