Modern.az

"Twitter" Trampı  “qara siyahı”ya saldı

Aktual

9 Yanvar 2021, 13:40

"Twitter" sosial şəbəkəsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabının bağlanması ilə əlaqədar digər hesablardan yazmaq cəhdlərinin qarşısını alacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Twitter"in bəyanatında deyilir.

Bununla belə, D.Trampın istifadə edə biləcəyi ABŞ prezidentinin rəsmi hesabı (@POTUS) və Ağ Evin rəsmi hesabı (@WhiteHouse) rəsmi hesabı bağlanmayacaq. Amma bu hesablara müvəqqəti məhdudiyyətin tətbiq olunacağı deyilib.

 

Qeyd edək ki, "Twitter" sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV