Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Millət Vəkili Rəşad Mahmudov 6-9 yanvar tarixlərində Astarada seçicilərini qəbul edib.
Modern.az xəbər verir ki, qəbulda deputat seçicilərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxıb, onları narahat edən problemləri dinləyərək, ətraflı müzakirələr aparılıb. Həmin problemlərin bir qismi yerindəcə öz həllini tapıb, digərləri isə nəzarətə götürülərək aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilib.
Seçicilərlə görüş bitdikdən sonra millət vəkili Rəşad Mahmudov rayonda aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərimizə baş çəkib və lazımi köməkliklər göstərib.
Deputat qazilərin səhhəti, eləcə də müalicələrinin gedişatı ilə maraqlanaraq, onlara dəstək olunması ilə bağlı tapşırıqlar verib.