Modern.az

Hacıqabulda ölümlə nəticələnən yol qəzası

Hacıqabulda ölümlə nəticələnən yol qəzası

Aktual

9 Yanvar 2021, 20:04

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...