Modern.az

Kraliça və şahzadə peyvənd olundular

Kraliça və şahzadə peyvənd olundular

Aktual

9 Yanvar 2021, 20:18

Britaniya kraliçası II Elizabet və əri, Edinburq hersoqu Filip koronavirusa qarşı peyvənd olunublar.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb.

 

Peyvəndləmə kraliçanın və həyat yoldaşının özlərini təcrid etdikləri Vindzor qəsrində həyata keçirilib.

 

Britaniyada vaksinasiya dekabrda başlayıb. Hələlik peyvəndlər yalnız risk qrupundan olan insanlar üçün əlçatandır. İlk növbədə qocalar evlərinin sakinləri və işçiləri, yaşı səksəni keçən insanlar və həkimlər peyvənd olunurlar.

 

Qeyd edək ki, kraliçanın hazırda 94, şahzadə Filipin 99 yaşı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV