Modern.az

“Peyvənd edilmə etik bir seçimdir” - Papa

“Peyvənd edilmə etik bir seçimdir” - Papa

Aktual

9 Yanvar 2021, 23:26

Roma Papası Fransisk koronavirusa qarşı peyvənd olacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə İtalyanın “TG5” kanalına verdiyi müsahibəsində bildirib.

 

"Kiminsə peyvəndin təhlükəli olduğu ilə bağlı dediklərini bilmirəm. Əgər həkimlər bunu  məsləhət bilib, təhlükəsiz olduğunu deyirsə, o zaman niyə peyvənd olmayım ki? Mən əxlaqi olaraq hər kəsin peyvənd edilməsinə inanıram. Bu etik bir seçimdir və əks halda siz öz həyatınızla deyil, başqalarının da həyatı ilə oynayırsınız”,- deyə Papa qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi