Modern.az

Messidən daha bir rekord

Messidən daha bir rekord

Aktual

9 Yanvar 2021, 23:53

"Qranada" ilə İspaniya La Liqasının XVIII tur matçında dubl edən "Barselona"nın futbolçusu Lionel Messi növbəti tarixi nailiyyətə imza atıb.

 

Modern.az xəbər verir ki, argentinalı hücumçu son 15 mövsümdə 10 və daha çox qol vuran yeganə oyunçuya çevrilib.

 

Səfər qarşılaşması Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Messi 35-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu isə Antuan Qrizmann 12-ci və 63-cü dəqiqələrdə vurub.

 

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. Komanda 18 turdan sonra 3-cü pillədə qərarlaşıb. Messi bu mövsüm 11 qol vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV