Modern.az

Messi Ronaldonu geridə qoydu

Messi Ronaldonu geridə qoydu

Aktual

10 Yanvar 2021, 00:50

İspaniya La Liqasının XVIII turunda “Qranada” ilə səfər matçında dubl edən “Barselona”nın kapitanı Lionel Messi qollardan birini cərimə zərbəsindən vurub.

 

Modern.az xəbər verir ki, argentinalı superulduz son 72 cəhdində ikinci dəfə standart vəziyyətdən fərqlənməyi bacarıb.

 

Ümumilikdə isə La Liqada 402 cəhdin 37-si qolla nəticələnib. 33 yaşlı oyunçu klub karyerası ərzindəki cərimə zərbəsindən qol sayını 48-ə çatdırıb. Bununla “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoymağı bacarıb. “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinmiş Ronaldo klub karyerasında 47 belə qola sevinib (apasport).

 

Qeyd edək ki, “Barselona” “Qranada”nı səfərdə 4:0 hesabı ilə məğlub edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV