Modern.az

İCESCO-nun baş direktoru sabah Azərbaycana gələcək

İCESCO-nun baş direktoru sabah Azərbaycana gələcək

Aktual

10 Yanvar 2021, 15:46

İCESCO-nun baş direktoruSalim Al-Malik Azərbaycana səfər edəcək.

 

Modern.az-ın təşkilatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər yanvarın 11-də baş tutacaq.

 

Səfər çərçivəsində baş direktor ölkənin yüksək səviyyəli rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, Azərbaycan və ICESCO arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunacaq.

 

Baş direktorun Azərbaycana səfəri zamanı bir sıra tarixi və mədəni yerləri ziyarət edəcəyi gözlənilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV