Modern.az

BNA qəsəbələrdəki avtobus parkını yeniləyəcək

BNA qəsəbələrdəki avtobus parkını yeniləyəcək

Aktual

11 Yanvar 2021, 18:07

Vətəndaşların rahatlığının təmin olunması, onlara keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi davam edir.

 

Bunu Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

O bildirib ki, bu il Azərbaycana Avro 6 standartlı daha 320 avtobuas gətiriləcək:

 

“Avtobusların bu və ya digər marşrut xətlərinə paylanması sərnişinlərin rəyi əsasında həyata keçiriləcək.”

 

Onun sözlərinə görə, yeni avtobuslar əsasən Bakının yaşayış məntəqələrinin avtobus parklarının yenilənməsinə yönələcək:

 

“Dövlət başçısının sərəncamlarına uyğun olaraq paytaxtın qəsəbələrinin yol infrastrukturu yenilənir. Yol infrastrukturu 9 metrlik avtobusların hərəkətinə imkan verən rayonlar həmin avtobuslarla təmin olacaq. Yolları dar olan rayonlarda isə genişlənmə işləri aparıldıqdan sonra avtobus parkı yenilənəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV