Modern.az

Rusiyada yük maşını hərbi avtobuslara çırpıldı - dörd hərbçi öldü

Rusiyada yük maşını hərbi avtobuslara çırpıldı - dörd hərbçi öldü

Aktual

11 Yanvar 2021, 18:38

Moskva vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb. Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.  

 

Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.

 

İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...