Modern.az

Trampın impiçmenti haqqında qətnamənin mətni dərc edildi

Trampın impiçmenti haqqında qətnamənin mətni dərc edildi

Aktual

11 Yanvar 2021, 20:16

Bu gün CNN telekanalı Donald Trampın impiçmenti haqqında qətnamənin mətnini dərc edib.

 

Modern.az xəbər verir ki, telekanalın məlumatına görə, qətnamə ABŞ Konqresinin Nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.

 

Qətnamə “Qiyama təhrk” adlanır. Nümayəndələr palatasının daxili qaydalar komitəsinin rəhbəri Corc Makqoveren bildirib ki, sənədin yanvarın 13-ü, yaxud 14-də palatanın müzakirəsinə çıxarılması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV