Modern.az

Quttereş ikinci dəfə BMT baş katibi olmaq istəyir

Quttereş ikinci dəfə BMT baş katibi olmaq istəyir

Aktual

11 Yanvar 2021, 22:12

Antonio Quttereş BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda BMT Baş Katibi vəzifəsinə ikinci dəfə namizədliyini irəli sürdüyünü bildirib.

 

Modern.az-ın məlumatına görə, BMT-nin baş katibi bildirib:

 

"BMT Baş Katibi vəzifəsində ilk səlahiyyət müddətim bu ilin sonunda başa çatdığından, üzv dövlətlərin iradəsi olarsa, BMT Baş katibi vəzifəsində ikinci müddət çalışmağa hazır olduğumu bildirmək istəyirəm".

 

Qeyd edək ki, 71 yaşlı A.Quterreşin ilk beş illik səlahiyyət müddəti 2021-ci ilin sonunda başa çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...