Modern.az

“Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir” - Putin

“Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir” - Putin

Aktual

11 Yanvar 2021, 22:35

"Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir".

 

Modern.az "Azərtac"a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

 

“Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək”, - deyə Vladimir Putin qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV