Modern.az

Co Bayden ikinci dəfə peyvənd olundu

Co Bayden ikinci dəfə peyvənd olundu

Aktual

11 Yanvar 2021, 23:23

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirus əleyhinə “Pfizer” vaksininin ikinci dozasını alıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Baydenə Nyuarkda, iqamətgahından on-on beş kilometr məsafədə yerləşən hospitalda iynə vurulub.

 

ABŞ-ın yeni prezidenti vaksinin ikinci dozasını bu gün yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 22:35) alıb.

 

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenə ilk koronavirus peyvəndi ötən ilin dekabrın 22-də vurulub. Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutan peyvəndləməni mətbuat nümayəndələri də izləyiblər.

 

T.İSMAYIL

 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV