“ABC News”un jurnalisti Aaron Katerski Federal Təhqiqat Bürosunun (FTB) daxili sənədinə istinadla bildirib ki, bu həftə ABŞ-ın 50 ştatının hamısında və Vaşinqtonda Kapitoli ətrafında, eləcə də yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimində silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır.
Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, FTB-nin məlumatına görə, onlara məlum olan bir qrup silahlı şəxs yanvarın 16-da Vaşinqtona yola düşməyi planlaşdırır.
“Onlar xəbərdar ediblər ki, əgər Konqres 25-ci düzəliş vasitəsilə Prezidentin vəzifəsindən kənarlaşdırılmasına cəhd etsələr, böyük bir qiyam olacaq”, - sənəddə belə deyilir.
Sənəddə qeyd olunur ki, qrup üzvləri Trampın andiçmə mərasimindən əvvəl vəzifəsindən kənarlaşdırılacağı halda bütün səviyyədə məhkəmələrin və inzibati binaların ələ keçirilməsinə dair çağırış ediblər.