Modern.az

ABŞ bu ölkəni terrorizmi dəstəkləyən dövlətlər siyahısına saldı

ABŞ bu ölkəni terrorizmi dəstəkləyən dövlətlər siyahısına saldı

Aktual

12 Yanvar 2021, 01:04

ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı Vaşinqtonun versiyası üzrə beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilir.

 

“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi", - sənəddə bildirilir.

 

“Bu hərəkətlə bir daha Kuba hökumətini məsuliyyətli olmağa çağıracağıq və açıq xəbərdarlıq göndərəcəyik: Kuba rejimi terrorizmə verdiyi dəstəyə və Amerika ədalətinə zərbə vurmağa son qoymalıdır", - Maykl Pompeonun bəyanatında qeyd edilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV