Modern.az

Türkiyədə İŞİD-çilər həbs olundu

Türkiyədə İŞİD-çilər həbs olundu

Aktual

12 Yanvar 2021, 10:13

Türkiyədə İŞİD terror təşkilatına mənsub olan şəxslər saxlanılıb.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Adana şəhərində keçirilib. 6 İŞİD terrorçusu saxlanılıb. Saxlanılanlar ərəb əsilli Suriya və İraq vətəndaşlarıdır.

 

Onlar Suriya və İraqda müxtəlif terror aktlarının təşkilində iştirak ediblər. Xeyli material da ələ keçirilib. Araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV