Modern.az

Koronavirusun mənşəyi məlum oldu

Koronavirusun mənşəyi məlum oldu

Aktual

12 Yanvar 2021, 13:12

Kambric Universiteti və Pirbrayt İnstitutunun (The Pirbright İnstitute) bir qrup əməkdaşı SARS-CoV-2 virusunu insan üçün təhlükəli hala gətirən əsas dəyişikliklərini üzə çıxarıblar.

 

Modern.az xəbər verir ki, “PLOS Biology” jurnalında dərc olunmuş tədqiqata əsasən, bu virusun yarasalardan insanlara keçməsinə səbəb olan genetik dəyişikliklər 2003-cü ildə atipik sətəlcəmin yayılmasına gətirib çıxaran dəyişikliklərlə eynidir.

 

Mütəxəssislərin rəyincə, buradan hasil olan nəticə sözügedən viruslar ailəsinin heyvanlardan insanlara yoluxmaq üçün keçirdiyi mutasiyaların vahid bir mexanizmə söykənməsidir. Burada başlıca amilin virusdakı S zülalının tarixən dəyişikliklərə uğraması olduğu ehtimal edilir. 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV