Modern.az

Yol polisi Biləcəri bələdiyyəsini cərimələdi

Yol polisi Biləcəri bələdiyyəsini cərimələdi

Aktual

12 Yanvar 2021, 13:18

Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.

 

Modern.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

 

Qərara əsasən, Binəqədi rayon Biləcəri bələdiyyəsi 300 manat məbləğində cərimə edilib.

 

Bələdiyyə qərardan apellyasiya şikayəti verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!