Modern.az

"8 noyabr" stansiyasında 17 eskalator, 3 lift quraşdırıldı

Aktual

12 Yanvar 2021, 14:30

Bakıda tikintisi başa çatdırılan "8 noyabr" stansiyası istismara hazırlanır.

 

Bu barədə Modern.az-a Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, istismara hazırlanan “8 Noyabr” stansiyasında 17 eskalator və 3 lift quraşdırılıb:

 

"Həmçinin digər eskalatorlu stansiyalarda bir sıra işlər görülüb, texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb. Bu əsasda istehsalçı “ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV